Təhsil Nazirliyinin daha bir şöbə müdiri öz işini itirib-Eksklüziv

22 May 2013 18:55 (UTC+04:00)

Təhsil Nazirliyinin daha bir şöbə müdiri öz işini itirib. Movqe.az Təhsil Nazirliyindəki etibarlı mənbələrinə istinadən bildirir ki, nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsi ləğv edildiyindən avtomatik olaraq Hacıyeva Təranə İmamverdi qızı bu şöbənin müdiri vəzifəsinin itirib. Və sabiq şöbə müdirinə nazirlikdə başqa vəzifə həvalə olunmayıb. Məlumatı dəqiqləşdirmək üçün Təhsil Nazirliyinin mətbuat xidmətinə göndərdiyimiz sorğu hələki cavablandırılmadığından bu barədə nazirliyin rəsmi mövqeyini gözləyirik.