111 məhkum azadlığa çıxıb
22 May 2013 22:58 (UTC+04:00)
Amnistiya Qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir.
Movqe.az Pentensiar Xidmətə istinadən xəbər verir ki, Amnistiya
Qərarı Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri
üzrə daha 111 nəfər məhkuma şamil edilib. Beləliklə, respublika
prokurorluq və məhkəmə orqanları nümayəndələri ilə birgə qəbul
olunmuş qərarlar əsasında may ayının 22-dək Amnistiya Qərarı
Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində
saxlanılan 492 nəfər məhkuma tətbiq edilib. Cəzaçəkmə
müəssisələrində Amnistiya Qərarının icrası Penitensiar xidmət üzrə
təşkil edilmiş Komissiyanın, Ədliyyə naziri yanında fəaliyyət
göstərən İctimai Komitənin, digər dövlət və qeyri-hökumət təşkilatı
nümayəndələrinin və eləcə də vətəndaş cəmiyyəti üzvlərinin iştirakı
ilə həyata keçirilib.
Məhkumların azadlığa buraxılmasının kütləvi informasiya
vasitələrində işıqlandırılması təmin edilmişdir.
Amnistiya Qərarının icrası davam edir.