Komada olan əsgərimiz öldü

23 May 2013 11:35 (UTC+04:00)

54 gündür ki, komada olan əsgər Abdulzadə Toğrul Təyyar oğlu bu saatlarda dünyasını dəyişib. Movqe.az  Yaxa.org saytına istinadən  xəbər verir ki, Abdulzadə Toğrul Təyyar oğlu 30 mart 2013-cü il tarixdə əsgər yoldaşı Əliyev Samir tərəfindən açılan atəş nəticəsində başından güllə yarası alıb. Bir həftə Gəncə hospitalında qaldıqdan sonra aprelin 5-də Bakıya gətirilib. Samir Əliyev və başqa iki əsgər həbs olunub. Hadisəni törədən əsgər ilkin izahatında Toğrulu öldürmək məqsədi ilə arxadan avtomatla başına atəş açdığını deyib.Qeyd edək ki, Abdulzadə Toğrul Təyyar oğlu "Xeberinfo" xəbər saytının təsisçisi və baş redaktoru Cavid Cabbarlının yaxın qohumudur. Allah rəhmət eləsin.