Azərbaycanda ümumdünya qalxanabənzər vəzi günü qeyd olunacaq

23 May 2013 12:51 (UTC+04:00)

Bu il Azərbaycanda ilk dəfə olaraq ümumdünya qalxanabənzər vəzi günü qeyd olunacaq. Səhiyyə Nazirliyindən Mövqe.az-a verilən xəbərə görə, 2009-cu ildən başlayaraq 25 may bütün dünyada qalxanabənzər vəzi günü kimi qeyd edilir. Bu günün qeyd edilməsinin mahiyyəti alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə və həlli yollarına cəlb etməkdir.

 

Dünya üzrə yod çatışmazlığı nəticəsində qalxanabənzər vəzin böyüməsi 10-30 faiz insanlarda, qalxanabənzər vəzində düyün isə 30 faiz insanlarda müşahidə olunur. Azərbaycanda 2012-ci ilin statistikasına görə 15 354 nəfərdə qalxanabənzər vəzi xəstəlikləri aşkar olunub ki, bunun da 1088 nəfəri uşaqlardır. Lakin bu statistik nəticə sırf qeydiyyata düşənlərdir. Gerçəklikdə bu rəqəm dəfələrlə böyükdür.

 

Mayın 25-də Respublika Endokrinoloji Mərkəz Milli Onkoloji Mərkəzi birlikdə bu günə həsr olunmuş konfrans keçirəcək.