“Kimlər pulsuz ali təhsil ala biləcək” – AÇIQLAMA
23 May 2013 14:14 (UTC+04:00)
AzVision.az-a açıqlamasında bu sözləri Milli
Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadi
Rəcəbli deyib. O, bildirib ki, artıq Prezident İlham Əliyev bununla
bağlı qanundakı dəyişikliyi təsdiq edib.
Millət vəkili qeyd edib ki, qanun
imzalandığı gündən etibarən qüvvəyə minir və uşaqlar 2013/2014-cü
il yeni tədris ilində bundan yararlana biləcək.
"Beləliklə, valideynlərini
itirmiş, valideyn himayəsindən məhrum olan uşaqların əgər ali
təhsil müəssisəsinə daxil olarsa, təhsil haqları büdcə hesabına
ödəniləcək. İlk dəfə olaraq bu, həm dövlət müəssisələrinə aid oldu,
həm də özəl müəssisələrə. Əvvəl isə ancaq dövlət müssəsisəsində
olurdu. Bu gün uşaq evlərində təxminən bizdə olan məlumata görə,
360 belə uşaq var. Əgər uşağın atası rəhmətə gedib və anası ikinci
qrup əlildirsə, o da qanunun əhatə dairəsinə düşür. Onların
əksəriyyəti uşaq evində deyil, öz evlərindədir. Deməli, bu rəqəm
360 yox, 2000 olacaq. Daha sonra, əvvəllər uşaqlar pullu təhsili
yazmırdılar, çünki pulu ödəyə bilmirdilər, amma indi pullu yazsalar
da, pulsuz təhsil ala biləcəklər. Beləliklə, bizim bu qrupa
düşənlərin sayı artacaq və əhatə edəcəyimiz uşaqların sayı 3000-ə
yaxınlaşa bilər. Bu da əhalinin sosial cəhətdən az qorunan böyük
bir hissəsini əhatə edəcək"-deyə, Hadi Rəcəbli əlavə edib.