Avqustun 22-də səhər “Tokio 2020” Paralimpiya Oyunlarının təşkilat komitəsi bu yarışlar üçün biletlərin satışı məqsədilə onlayn müraciətlərin qəbuluna başlayıb.
Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, həmin yarışlara biletlər lotereyanın köməyilə satılacaq. Bilet əldə etmək istəyənlər qeydiyyatdan keçərək özlərinin “Tokyo 2020 ID” identifikasiya nömrələrini əldə edəcəklər. Məlumata görə, avqustun 1-dək 7 milyon 600 min nəfər qeydiyyatdan keçib.
Paralimpiadaya bilet üçün müraciət sentyabrın 9-u saat 11:59-dək qəbul ediləcək. Lotereyanın nəticələri isə oktyabrın 2-də elan olunacaq.