“Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır”

23 May 2013 14:58 (UTC+04:00)

 "Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır. Bu tərəfdaşlığa Əfqanıstana tranzit imkanları, eyni zamanda 2014-cü ildə beynəlxalq təhlükəsizlik qüvvələrin Əfqanıstandan çıxarılmasından sonra burada təhlükəsizliyin təmin olunmasına töhfə verilməsi məsələləri daxildir".


Mövqe.az-ın məlumatına görə, bunu NATO baş katibinin müavini Qabor İklodi deyib.

 

O vurğulayıb ki, kibertəhlükəsizlik, terrorizmlə mübarizə, kütləvi qırğın silahları və onlarla əlaqədar materialların yayılmasının qarşını alınması kimi problemlər mövcuddur: "Heç bir ölkə təkbaşına bunların öhdəsindən gələ bilməz. Ona görə də bu məsələlərdə maraqlı tərəflər NATO ilə əməkdaşlıq etməlidir".