Bred Pitdən şok açıqlamalar

23 May 2013 15:24 (UTC+04:00)
"Esquire" jurnalının üz qabığına çəkilən 49 yaşlı məşhur amerikalı aktyor Bred Pit, həyatıyla əlaqədar təəccüblü etiraflar edib. Movqe.Az-ın məlumatına görə, Cennifer Enistonla evli olan zaman həyatını boş yerə keçirdiyini söyləyən Bred Pit, "Xoşbəxt deyildim. Uzun bir müddət bədənimə zərər verdim. Çox narkotikdən istifadə etdim. Bir az avara idim. Ancaq indi həyata daha fərqli bir nöqtədən baxıram" deyib. Aktrisa Ancelina Coliylə 3-ü bioloji, 3-ü övladlıq 6 uşağı olan Pit, həyatının ən xoşbəxt dövrlərini indi yaşadığını söyləyib.