1011 nəfər dövlət qulluqçusu olmaq istəyir

22 Avqust 2019 16:20 (UTC+04:00)

Ümumilikdə 41 dövlət orqanında 457 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.

Movqe.az DİM-ə istinadla xəbər verir ki, avqustun 22-si saat 14:45-ə olan göstəricilərə əsasən, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1011 nəfər ərizə verib.

Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (147 vəzifə) tərəfindən çıxarılıb.

Sənəd qəbulu sentyabrın 2-də başa çatacaq.