Uzun illərdir ABŞ-da yaşayan, Türkiyənin tanınmış rejissoru Cansu Kırdar İrmak mayın 25-dən iyunun 15-nə kimi "Acıtan Yürek" filminin seçim turlarıyla bağlı Bakıya gələcək. Axşam.az-ın məlumatına görə, rejissor bildirib ki, filmdə ictimaiyyətə tanınmayan simalar və ilk dəfə kamera qarşısına keçən şəxslər çəkiləcək.
Cansu Kırdar azərbaycanlı rejissorlardan Vahid Mustafayevi tandığını deyib.
Xüsusilə onu da qeyd edək ki, Türkiyənin ən çox izlənilən "Kayb olan yıllar" serialının baş rolunun ifaçılarından olan, məşhur aktyor Saruhan Hunel (Əsmər) də Bakıya gələcək. O, filmin seçim turlarına münsif kimi qatılacaq.
Filmin çəkilişləri Azərbaycanda Bakı və Qəbələdə, Türkiyədə isə İzmirdə gerçəkləşdiriləcək.
Filmin seçim turları Bakı, Sumqayıt, Lənkəran, Bərdə, Gəncə, Qəbələ və Naxçıvanda keçiriləcək.
Seçim turlarına qatılmaq istəyən 18-30 yaş arası şəxslər (qadın və kişi) şəxsiyyət vəsiqəsinin surətiylə və 2 ədəd 3x4 ölçülü şəkillə qatıla bilərlər. Qeydiyyatın qiyməti 4 AZN dəyərindədir.