Fahişəxanada olan 7 qadın və 5 kişi həlak oldu

23 May 2013 15:43 (UTC+04:00)
Fahişəxanaya silahlı şəxslərin qəfil hücumu nəticəsində 12 nəfər həyatını itirib. M[vqe.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, qanlı hadisə İraqın paytaxtı Bağdadda baş verib.

Paytatxın Zayouna yaşayış məntəqəsinin varlılar yaşayan şərq hissəsində yerləşən əxlaqsızlıq yuvasına silahlı şəxslər basqın ediblər.

Onlar "məhəbbət evi"nə daxil olan kimi ətrafa və orada olanlara atəş açmağa başlayıblar. Qeyd edək ki, basqın nəticəsində fahişəxanada olan 7 qadın və 5 kişi həlak olub.

Seks yolu ilə pul qazanmağın əxlaqsızlıq olduğunu və yolverilməz hal sayıldığını əldə rəhbər tutan bu ölkədə belə bir qırğının törədilməsinə hətta haqq qazandıranlar da var. Bu hadisənin alkoqollu içkilər satan dükanlara edilən hücumlardan 1 həftə sonra baş verməsi də diqqətdən kənarda qalmayıb. 

Xatırladaq ki, şəhərdə yaşanan silsilə basqınlar nəticəsində spirtli içkilər satılan yerlərdə işləyən 10 xristian şəxs də qətlə yetirilib. Qeyd edək ki, Zayounada sünnilər və şiələrlə yanaşı, digər dinlərdən olanlar da məskunlaşıblar.