Kilsə yandı

23 May 2013 15:43 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Cənubi Afrikanın Cohannesburq şəhrinində olan tarixi  "Müqəddəs ailə" kilsəsində böyük bir yanğın çıxıb. Bakı vaxtilə saat 00:00-da başlayan yanğında kilsəyə yaxın məktəbin bir hissəsi yanıb.

Cohannesburqun ən işlək prospektlərindən "Oxford"da olan kilsədə çıxan yanğını söndürmək üçün avtomatik söndürmə sistemi dövrəyə girməyib. Xilasetmə vasitələrinin hadisə yerinə gəlməsi 30 dəqiqə davam edib. Böyük çaxnaşma yaşanan prospekt və ətrafdakı evlər boşaldılıb. Hal-hazırda 10 xilasetmə vasitəsi söndürmə işlərinə davam edir. Müdafiə altında saxlanılan, yanan kilsənin 100 illik tarixi olduğu və içərisində çox qədim cədvəllər və pianinoların da yanğında kül olduğu öyrənilib.