Pakistanda silahlı qarşıdurma olub

23 May 2013 18:42 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Pakistanın cənub-qərbində təşkil edilən bombalı hücumda, aralarında təhlükəsizlik işçilərinin də olduğu 17 nəfərin həlak olduğu bildirilib. Səlahiyyətlilər, Belucistan əyalətinin paytaxtı Kettada təxminən 100 kiloqram partlayıcı yüklü bir nəqliyyat vasitəsinin təhlükəsizlik qüvvələrini daşıyan bir vasitənin keçişi əsnasında uzaqdan əmrlə partladılması nəticəsində 23 nəfərin də yaralandığını söyləyib. Yaralılardan çoxunun vəziyyətinin ağır olduğu bildirilib. Ölkənin şimal-qərbindəki Hanguda isə təhlükəsizlik qüvvələri və Taliban arasında qarşıdurma çıxdığı açıqlanıb. Səlahiyyətlilər, qarşıdurmada iki əsgərin öldüyünü, 18 hərbiçinin yaralandığını qeyd edib.