Sızanaq yaradan qidalardan uzaq durun

23 May 2013 17:18 (UTC+04:00)

Sızanaq problemi bu gün milyonlarla insanın həyatına təsir edir. Amerika Dermatologiya Akademiyasına (AAD) görə, sızanaq problemi həyatımıza əhəmiyyətli ölçüdə təsir edir. Movqe.Az-ın məlumatına görə, sızanaq probleminə ümumiyyətlə yetkinlik çağında daha çox rast gəlinir. Bu zaman hər kəsə maraqlı olan sual yaranır. "Sızanaq nə səbəbə çıxır və daha da əhəmiyyətlisi, sızanaqları qorunmaq üçün nələr edə bilərik?

"AAD" sızanaq problemini üç səbəblə izah edir:

1 - Dəridəki yağ bezlərinin genişlənərək daha çox yağı üzə çıxarması 

2 - Yağ ifraz edən ət falekullarında yaranan tıxac

3 - Tük falekullarında bakteriyaların meydana gəlməsi

Üç səbəbdən ikisinin yağ istehsalı ilə əlaqədar olması yəqin ki, sizin də diqqətinizi çəkib. Bu araşdırma, həddindən artıq yağ istehsalının qidalanma ilə əlaqəli ola biləcəyini ortaya çıxarıb. Araşdırmaya görə, yüksək qlisemik indeksli qidalar və süd məhsulları, bədəndə yağ istehsalını artıran bəzi dəyişikliklərə yol aça bilir. Qlisemik indeksi nədir? Qlisemik indeks, qida şəkərinin qan dövranına daxil olma sürətidir. Həzm müddəti çox qısa, udma və qana qarışma prosesi sürətli olan qidalar qan şəkərini sürətlə yüksəldirlər. Belə qidalara qlisemik indeksi yüksək qidalar deyilir. Bu vəziyyətdə, ağ çörək və tort kimi qidalar yüksək qlisemik olaraq xarakterizə edilir. Aşağıda özünüzü çətinliyə salmadan aşağı qlisemik indeksli qidalara yönəlmənizi təmin edəcək bəzi ipucları var:

1 - Təbii olmayan qidalardan uzaq durun. Az əməliyyatdan keçmiş yeməklərin qlisemik indeksi, digər qidalara görə ümumiyyətlə daha aşağıdır.

2 - Zülal qəbulunu tənzimləməyə diqqət yetirin. Zülalın həzmi daha güclü olduğu üçün, ümumi qlisemik indeksini aşağı sala bilər. Zülal almaq üçün pendir və ya digər süd məmulatlarından uzaq durun. Unutmayın, bu qidalar da sızanağa səbəb ola bilər.

3 - Lifli qidaları seçin. Bədən tərəfindən həzm edilməməsi üçün lifin qlisemik indeksi aşağıdır. Lif nisbəti yüksək qidaları seçin.