Təyyarə və helikopter toqquşdu: 4 ölü
25 Avqust 2019 20:00 (UTC+04:00)
Malyorka adasında təyyarə və helikopter toqquşub.
Movqe.az xəbər verir ki, hər iki hava gəmisi İnka şəhəri yaxınlığında yerə düşüb.
Qəza avqustun 25-də baş verib. Hadisə zamanı azı 3 nəfər həyatını itirib.
"Seksta" telekanalının əməkdaşları 5 nəfərin öldüyünü xəbər veriblər. Ölənlər arasında vertolyotun iki heyət üzvü və təyyarədə olan 3 nəfər var.
Xilasedicilər 4 nəfərin öldüyünü təsdiq ediblər