Kolumbiyada hərbi hücum

23 May 2013 18:25 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Kolombiyada, Milli Qurtuluş Ordusu (ELN) tərəfindən təşkil edilən hücumda 10 əsgər həlak olub. Norte de Santander əyalətinin şimalındakı Çitaqada reallaşdırılan hücumla əlaqədar məlumat verən bölgə komandiri general Juan Pablo Amaya, ölkənin ikinci böyük solçu partizan qrupu tərəfindən edilən bombalı hücumda 10 əsgərin öldüyünü, 6 əsgərin isə yaralandığını ifadə edib. Amaya, patrul vəzifəsi icra edən hərbi vasitəyə sübh vaxtında təşkil edilən hücumda itən bir əsgərin də təşkilat tərəfindən qaçırılmış ola biləcəyini qeyd edib.