Səhiyyə Nazirliyinin növbəti yeni elektron xidməti "Elektron hökumət" portalı vasitəsilə vətəndaşların istifadəsinə təqdim edilib. Nazirliyin mətbuat xidmətindən Mövqe.az-a verilən xəbərə görə, artıq vətəndaşlar Səhiyyə Nazirliyinə göndərdikləri sorğuların və məktubların icra vəziyyətini onlayn izləmək imkanına malik olacaqlar. Axtarış vətəndaşların şəxsiyyət vəsiqələrindəki PİN-ə (sistem tərəfindən avtomatik qeyd edilir), həmçinin daxil olma indeksinə əsasən aparılır. Daxil olma indeksi düzgün qeyd edildikdən sonra vətəndaşlar ərizəçinin soyadı, adı, region, müraciət göndərən qurum, daxil olma indeksi və daxil olma tarixi, məktubun məzmunu, icraçılar və icra tarixi barədə məlumat əldə edə bilirlər.
Qeyd edək ki, vətəndaşlar bu məlumatları PDF faylında yadda saxlamaq və ya e-poçta göndərmək imkanına da malikdirlər.