Hilton varisinin zərifliyi ön planda

23 May 2013 19:28 (UTC+04:00)

Paris Hilton, Kann Film Festivalında Yunan Tanrıları kimi geyinib. Movqe.Az-ın məlumatına görə, məşhur otellərin varisi 32 yaşındakı Paris Hilton, fotoqraflara poza verərkən xüsusilə bürünc bədənini ön planda tutub. Paris Hilton, bu il 66-cı dəfə reallaşan Kann Film Festivalı boyunca sevgilisi River Vayperinin yanından heç ayrılmayıb. Hilton, zərif görünüşü ilə ön planda olub.