Təhsil Nazirliyindən məktəblərdə fiziki cəza ilə bağlı açıqlama-Özəl

23 May 2013 18:48 (UTC+04:00)

"Təhsil Nazirliyi orta məktəblərdə şagirdlərə fiziki cəza verilməsi faktlarına qarşı ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirlərinin gücləndirilməsi, "məktəb-valideyn" əlaqələrinin möhkəmləndirilməsi və psixoloji xidmətin səmərəliliyinin artırılması ilə bağlı tədbirlər görəcək". Nazirlik Movqe.az-ın orta məktəblərdə şagirdlərin fiziki cəzalandırılması ilə bağlı sorğusuna cavab olaraq bildirib: "Hər bir şagirdin sağlamlığı bizim üçün əsas prioritetdir. Məlumdur ki, hər hansı bir antipedaqoji hərəkət öz hüquqi qiymətini almalıdır. Lakin ən vacibi odur ki, belə hərəkətlər, ümumiyyətlə, baş verməsin və hər bir müəllim, məktəb rəhbəri şagirdlərə həssas münasibət bəsləməklə onlarda müşahidə olunan hər hansı problemin həlli üçün valideynlərlə birgə lazımi tədbirlər görsün".