Özəl universitetlərə jurnalist yetişdirmək qadağası götürülə bilər

23 May 2013 19:27 (UTC+04:00)

Təhsil Nazirliyi Azərbaycanda fəaliyyət göstərən özəl universitetlərdə jurnalistika fakültələrinin yenidən açıla bilməsi məsələsinə aydınlıq gətirib. Movqe.az-ın Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, özəl ali məktəblərdə bu ixtisas üzrə tələbə qəbulu bərpa oluna bilər. Lakin nazirlik bunun gələcəkdə hər hansı ali təhsil müəssisəsində "jurnalistika" ixtisası üzrə müasir tələblərə cavab verən maddi-texniki baza və kadr potensialı yaradıldığı halda mümkün olacağını açıqlayıb.