Oxot dənizində baş verən zəlzələ Azərbaycanda hiss edilirmi?

24 May 2013 12:05 (UTC+04:00)
Bu gün səhər saat 10.50 radələrində Bakıda zəlzələ baş verib.  Movqe.az Teleqraf.com-a istinadən xəbər verir ki,  yeraltı təkanların episentri, zəlzələnin gücü barədə rəsmi qurumlar hələ heç bir məlumat yaymayıb. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən də Movqe.az-a bildirdilər ki, hələki zəlzələ qeydə alınması barədə onlarda məlumat yoxdur.  Yalnız bildirdilər ki, Oxot dənizində zəlzələ baş verir. Zəlzələ Azərbaycandan çox uzaqlarda baş versə də, ölkəmizdə hiss olunub-olunmaması barədə məlumat Xidmətin saytında bir azdan yerləşdiriləcək. Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatında Rixter cədvəli ilə 5,7 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Qrinvill şəhərindən 11 kilometr aralıda, yerin 10 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və insan tələfatı barədə məlumat yoxdur.  Yeraltı təkanlar Sakramento şəhərində də hiss edilib.