Canavarlar qəsəbədə 13 baş heyvanı parçaladı

24 May 2013 12:17 (UTC+04:00)

Qubanın Zərdabi qəsəbəsi sakininə məxsus 13 baş xırdabuynuzlu heyvan canavarların hücumuna məruz qalıb. Movqe.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki,  axşam saatlarında baş verən hadisə nəticəsində qəsəbə sakini Tahir Ağayevə məxsus 13 baş heyvandan 12-si ölüb, biri isə yaralanıb. Əraziyə rayon baytarlıq idarəsinin baytarı Cümşüd Nemətov gəlib və müəyyən profilaktik tədbirlər görüldükdən sonra heyvanların cəsədləri qəsəbədən kənarda basdırılıb.