"Heathrow" hava limanı uçuşlara bağlanılıb. Movqe.Az-ın məlumatına görə, hava limanı səlahiyyətliləri həm şimal həm cənub enişlərinin "British Airways"ə aid bir sərnişin təyyarəsinin ikinci mühərrikində çıxan yanğa görə təcili eniş edə bilməsi üçün bağlanıldığını bildirib. Enişlərin biri sonra yenidən açılıb. Təyyarənin etibarlı bir şəkildə evakuasiya edildiyi bildirilib. Ancaq təcili enişin səbəbi rəsmi olaraq açıqlanmayıb. Təyyarədə olan sərnişinlər və kabin qrupu etibarlı bir şəkildə təyyarədən çıxarılıb. Səlahiyyətlilər hava limanının da təhlükəsiz şəkildə boşaldıldığını söyləyiblər. Londonda olan "Heathrow" hava limanının 2012-ci ildə Atlanta və Pekindən sonra dünyanın ən işlək 3-cü hava limanı olduğu qeyd edilib. Londonda ötən gün yaşanan və bir əsgərin ölümü ilə nəticələnən qanlı "Woolwich" hücumundan sonra bir həyəcan yaşanmaqdadır. İngiltərə hökumətinin bir "terror hücumu" olaraq qiymətləndirdiyi hadisədən sonra ölkənin bir çox yerində təhlükəsizlik tədbirləri artırılıb.