Keti Perri sağlam qalmağın sirrini açıqladı

24 May 2013 16:49 (UTC+04:00)

ABŞ-lı müğənni Keti Perri, vitaminlərlə dolu 3 torbayla verdiyi pozasını sosial şəbəkə "Twitter"da paylaşıb. Movqe.Az-ın məlumatına görə, 28 yaşındakı müğənni, yuxudan oyandıqdan sonra səhər yeməyində və axşam olmaq üzrə gündə 3 dəfə vitamin qəbul etdiyini bildirib. Tanınmış müğənnni Perri, "People" jurnalına verdiyi bir müsahibəsində sağlamlığına diqqət etdiyini, iki saatlıq konsertlərində enerjili ola bilmək üçün balanslı qidalandığını və faydalı qidalar yediyini açıqlayıb.