Azərbaycanda iki avtomobil toqquşdu

7 May 2012 10:25 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, mayın 6-da 22:30 radələrində Masallı rayonu ərazisində yol-nəqliyyat hadisəsi olub. Qeyd edək ki, "VAZ" və "BMW" markalı minik avtomobilləri toqquşub. 

Nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Onuda qeyd edək ki,  "VAZ" markalı minik avtomobilinin sərnişini xəsarət alaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Lakin sonradan xilas olunub.

"BMW" markalı minik avtomobili isə hadisə yerindən qaçıb. Hal-hazırda qəza yaradan şəxsin axtarışları davam edir. Xəsarət alanların adları məlum deyil.

Türkan Nadirqızı

Movqe.Az