Ford qapılarını bağlayır

24 May 2013 17:31 (UTC+04:00)

Avstraliyada 1925-ci ildən bu yana avtomobil istehsalı edən "Ford" fabriki 2016-cı ilin oktyabr ayında qapılarını bağlama qərarı alıb. Movqe.Az-ın məlumatına görə, "Ford" fabriklərinin bağlanması ilə birlikdə təxminən 1200 işçi işsiz qalacaq. "Ford"un Avstraliya baş icraçı direktoru Bob Qraziano tərəfindən bir mətbuat konfransında verilən elanlar bütün Avstraliyada kədər ilə qarşılanıb. Keçən 5 il ərzində 600 milyon dollardan çox, son bir il içində də 141 milyon dollar itkiləri olduğunu ifadə edən Qraziano bu itkilərin Avropanın iki qatı Asiyanın isə təxminən 6 qatı olduğunu söyləyib. "Ford"un bu qərar ilə Melbourn "Broadmedows" səmtində olan avtomobil fabrikində işləyən 650, Giilonq şəhərindəki mühərrik fabrikində işləyən 510 adam işsiz qalacaq. 2002-ci ildən etibarən avtomobil satışlarında davamlı eniş yaşayan "Ford", son illərdə fasilələrlə işçi çıxararaq istehsal sayını da aşağı salaraq həftədə 4 gün iş proqramı ilə işləyir.