Kraliça Elizabet qatardan endi, avtobusa mindi

24 May 2013 17:16 (UTC+04:00)

Movqe.az xəbər verir ki, 87 yaşlı İngiltərə Kraliçası II. Elizabet həyat yoldaşı Şahzadə Filiplə  birlikdə Kembric qəsəbəsinə etdiyi ziyarət üçün qatara minməyi seçib. Kraliça Elizabet və Filip daha sonra avtobusa minib. Tibbi Araşdırmalar Şurasına edəcəyi ziyarət üçün  Kraliça, avtobus şoferiylə zarafatlaşıb, onu qarşılamaq üçün toplanan izdihamda uşaqlarla görüşüb. İqtisadi böhranın xalqlarda mənfi hiss yaratdığı Avropada, dəbdəbəli həyatları səbəbiylə tənqid olunan kral ailələri imiclərini düzəltməyə çalışır.