Bu gün qismən Ay tutulması olub. Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika
Rəsədxanasından APA-ya verilən xəbərə
görə, qismən Ay tutulması səhər saat 09.00-da başlayıb, 9.22-də
bitib.Bu təbiət hadisəsi Azərbaycan ərazisindən görünməyib. Qeyd
edək ki, bu, 2013-cü ildə ikinci qismən ay tutulmasıdır. İlin ilk
qismən Ay tutulması aprelin 26-da olub. İlin sonuncu qismən Ay
tutulması isə oktyabrın 19-da baş verəcək. Bakı vaxtı ilə saat
2.51-də başlayacaq Ay tutulması saat 6.48-də başa çatacaq və
Azərbaycan ərazisindən müşahidə olunacaq.