19 məhkum azadlığa qovuşdu

25 May 2013 17:30 (UTC+04:00)

"Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 7 may 2013-cü il tarixli qərarının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri üzrə icrası davam edir. Movqe.az-ın məlumatına görə, amnistiya aktının icrası bu gün Penitensiar Xidmətin 3 saylı ixtisaslaşdırılmış müalicə müəssisəsində də icra olunub.  Nəticədə 19 nəfər azadlığa buraxılıb. Hazırda amnistiya aktının icrası digər müəssisələrdə də davam etdirilir.