Tovuzlulara şad xəbər

26 May 2013 11:03 (UTC+04:00)
Mövqe.az Türkel TV-yə istinadən bildirir ki, "Regionların sosial iqtisadi inkişafı dövlət proqramı" çərçivəsində Tovuz rayonunda yenidənqurma və abadlıq işləri davam etdirilir. Artıq su-kanalizasiya sisteminin çəkilişindən sonra yolların təmirinə başlanıb. Belə ki, rayonun Həzi Aslanov küçəsindən Rövşən Məmmədov küçəsinə qədər olan ərazidə, eyni zamanda Bakı-Qazax yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində 8-10 sm qalınlığında asfalt örtüyü salınır.