Salyan sakinindən 7 kq-dan artıq marixuana götürülüb

7 Sentyabr 2019 17:07 (UTC+04:00)

Salyan sakinindən 7 kq-dan artıq marixuana götürülüb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Marışlı kəndi ərazisində kənd sakini D.Əliyevə məxsus torpaq sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 66 ədəd çətənə kolu və 7,4 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.