Meyvə şirəsinin içərisindən mobil telefon çıxdı

27 May 2013 12:43 (UTC+04:00)
Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən xəbərə görə, mayın 25-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında 1970-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Rasim Ramiz oğlu Ağaməmmədova vətəndaş Əziz Novruz oğlu Əhmədovun gətirdiyi sovqata baxış keçirilən zaman "Jalə" şirəsi qutusunun içərisində gizlədilmiş 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.  Fakt üzrə araşdırma aparılır.