Yeni Fikir Müsabiqəsinin qalibləri müəyyənləşib
27 May 2013 14:55 (UTC+04:00)
Qafqaz Universiteti Texnoparkı tərəfindən təşkil olunan Yeni
Fikir Müsabiqəsinin final mərhələsi uğurla başa çatıb. Mövqe.az-ın məlumatına görə, əsas məqsədi gənclər
arasında sahibkarlıq düşüncəsinin inkişafı olan müsabiqədə müxtəlif
sahələr üzrə (mobil proqramlar, internet, proqram təminatı,
oyunlar, xidmət proqramlarl, korporativ proqram təminatı, yeni
biznes modeli, xidmətlər, robot texnikası, informasiya
texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş
fikirlərinin inkişafı təmin edilir.
Final mərhələdə 19 layihə qrupunun təqdim etdiyi yeni iş
fikirlərindən beş ən yaxşı komanda qalib olaraq münsiflər heyəti
tərəfindən elan edilib və onlar təklif etdiyi ideyaların
gerçəkləşdirilməsi üçün 1 il müddətinə Qafqaz Universiteti
Texnoparkının İnkubasiya Mərkəzində ofislə təmin olunacaqlar.
İlk 3 yeri qazanan komandalar isə əlavə olaraq bir ay müddətində
Türkiyə Cümhuriyyəti Orta Doğu Texniki Universiteti, İstanbul
Texniki Universiteti və Yıldız Texniki Universiteti
texnoparklarında təcrübə keçmək imkanı qazanıblar.
Final mərhələsində iştirak edən layihələrin qiymətləndiirlməsində
rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir
Vəlizadə və İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri
İsbəndiyar Əliyev iştirak ediblər.