Buzovna-Mərdəkan-Qala yolunun açılış mərasimi keçirilib

27 May 2013 15:24 (UTC+04:00)
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də iştirak edib. 

Mövqe.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə Buzovna-Mərdəkan-Qala yolunun texniki göstəricilərini əks etdirən stendə baxıb. Nəqliyyat naziri cənab Ziya Məmmədov dövləti başçısına məlumat verib ki, eni 22 metr olan yolun ümumi uzunluğu 12 kilometrə yaxındır. Yol ən müasir tələblər səviyyəsində inşa olunub. Dördzolaqlı yolun inşası zamanı bütün infrastruktur yenilənib, müasir işıqlandırma sistemi yaradılıb, yol boyu 3 qovşaq tikilib. Bakıətrafı kənd və qəsəbələrin yollarının tamamilə yenidən qurulması ilk növbədə əhalinin sosial məsələlərinin həlli baxımından önəmlidir. Cənab Z. Məmmədov dövlət başçısına yolboyu quraşdırılan müasir işıqforlar barədə də məlumat verib.