Deputat oğlu cərimələnib

27 May 2013 16:01 (UTC+04:00)

Milli Məclisin deputatı Aydın Mirzəzadə facebook hesabında oğlunun cərimələnməsindən yazıb.

A.Mirzəzadə dünən oğlunun yol hərəkəti qaydalarını pozduğu üçün 20 manat cərimə olunduğunu qeyd edib:

"Dünən oğlum küçəni lazım olmayan yerdən keçdiyinə görə 20 manat cərimə olunub. Danlamadım, ödəmək üçün pulu sakitcə oğluma verəndə üzümə baxıb gülümsədi və dedi ki, başa düşdüm"