Qızıl "iPad" müştərilərinə təqdim ediləcək

27 May 2013 17:23 (UTC+04:00)

Dünyanın yeganə 7 ulduzlu mehmanxanası olan Dubaydakı "Burj Əl Ərəb", qonaqlarına 24ədəd "iPad" təqdim edəcək. Movqe.Az-ın məlumatına görə, mehmanxana səlahiyyətlilərinin bu tətbiqi həyata keçirmələrinin məqsədi, müştərilərinin otel haqqında məlumat əldə etmələrini və naviqasiya sistemindən faydalanmalarıdır. Səlahiyyətlilər, istəyən müştəriyə qızıl "iPad" satacaq. Qızıl "iPad"lə otelin bir gecəlik qiyməti təxminən 15 min dollar edəcək.