Mədəniyyət naziri müğənni Sami Yusufun Nəsiminin qəzəli əsasında kompozisiya hazırlamasına münasibət bildirib

12 Sentyabr 2019 17:20 (UTC+04:00)

Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan əsilli müğənni Sami Yusufun azərbaycanlı şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında kompozisiyaya hazırlamasına münasibət bildirib.

Movqe.az-ın xəbərinə görə, nazir keçirdiyi mətbuat konfransında kompozisiyanı müsbət dəyərləndirdiyini vurğulayıb.

"Bu iş alqışlanan idi. Biz onu o vaxt qəsdən yaymadıq. Çünki razılıq əldə olunmuşdu. Yazılan rəyləri, fikirləri oxuyuram və çox xoş oldu. Yaradıcı insanların işi hər zaman göz önündə olur", Ə.Qarayev bildirib.