Kral Abdullah kliniki olaraq öldü

27 May 2013 16:46 (UTC+04:00)

Səudiyyə Ərəbistan kralı Abdullah bin Əbdüləzizin uzun müddətdir ictimaiyyət qarşısına çıxmamasının səbəbinin "klinika baxımdan ölmüş olması" olduğu iddia edilib. Movqe.Az-ın Press TV-nin Londondan nəşr edilən Ərəb qəzeti Əl Şərq əl Avsattana istinadən verdiyi  xəbərə görə, Kral Abdullah ötən həftə çərşənbə günü kliniki olaraq ölüb. Xəbərdə Səudiyyə Ərəbistandakı bəzi tibbi mənbələrə əsaslanaraq Kralın ürəyi, böyrəkləri və ağciyərləri kimi həyati orqanlarının fəaliyyətlərinin sona çatdığı deyilib. Səudiyyə Ərəbistanından xəbərlə əlaqədar hələ bir şərh gəlməyib. 89 yaşındakı Kral Abdullah bir müddətdir ictimaiyyətə çıxmır, rəsmi yığıncaqlara onun yerinə vəliəhdi qatılır.