Hillari rolu üçün ideal Amandadır

27 May 2013 17:02 (UTC+04:00)

 Holivudun məşhur ulduzları, keçmiş ABŞ Xarici işlər naziri və "first lady"si Hillari Klinton rolunu canlandırmaq üçün sıraya girib. Klintonun gəncliyini və keçmiş prezident Bill Klintonla yaşadığı məhəbbəti əks etdirən "Rodham" adlı filmdə rol almaq istəyən aktrisalar arasında Amanda Seyfried, Cesika Çastain, Reese Vitherspoon və Skarlet Cohanson var. Movqe.Az "Sunday Times"a istinadən xəbər verir ki, favorit namizəd, son olaraq Səfillər filmində rol alan 27 yaşındakı Amanda Seyfried olub. Gənc aktrisa həmçinin Klintonun gəncliyinə olan bənzərliyiylə də diqqət çəkir.