Movqe.Az xəbər verir ki, Myanmarın qərbində yerləşən Arakan əyalətində hökumət müsəlman ailələrinə ikidən çox uşaq sahibi olmağı qadağan edib. Qadağa Müsəlmanlara qarşı etnik təmizləmə tətbiq olunması istiqamətindəki müzakirələr səbəbiylə bölgədə yaşayan buddistlər üçün etibarlı olmayacaq. Yerli səlahiyyətlilər qadağanın Banqladeş sərhədində olan və əhalisinin 95 faizi müsəlman olan Buthidaunq və Maundau şəhərlərində qüvvəyə minəcəyini bildirib. Bu qərarla Myanmar müəyyən bir dini qrupa belə bir qadağanın tətbiq oldunduğu dünyadakı yeganə ölkə olub. Sözügedən qadağa əhalisinin əksəriyyətinin buddist olan ölkədəki müsəlman azlığa yönəlmiş təzyiq və hücumların son halqası olaraq qiymətləndirilir.