Yol kənarında dovşan almaq istədi - Kamaz üstündən keçdi

17 Sentyabr 2019 19:05 (UTC+04:00)

Ələt körpüsündə baş verən dəhşətli qəza kameraya düşüb. 
Hadisə bir neçə ay əvvəl baş verib. 
"Mercedes” markalı avtomobilin sürücüsü yolun hərəkət hissəsində dayanaraq dovşan satan oğlanla söhbət edib. Bu zaman hərəkətdə olan "Kamaz” markalı yük maşını onun avtomobilinin üstündən keçib.
Qəza nəticəsində iki nəfər həyatını itirib. "Kamaz” sürücüsü isə fikirli olduğunu və avtomobili gec gördüyünü bildirib.