Yağışlar yenidən sürüşmə təhlükəsi yaradıb-Özəl

29 May 2013 11:15 (UTC+04:00)

"Son günlər yağışların yağması sürüşmələri intensivləşdirib. Respublikanın bir neçə ərazisində sürüşmə təhlükəsi var."

Bu sözləri Movqe.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov söyləyib. S. Əmiraslanov bildirib ki, atmosfer çöküntülərinin sürətlənməsi sürüşmələri aktivləşdirir. S. Əmiraslanovun sözlərinə görə, hazırda sürüşmə üçün ən təhlükəli ərazilər Bakı- Şamaxı yolunun 103 -110-cu kilometrlik ərazisi, Masazırdakı sürüşmə sahəsi, Zığ yamacı və Günəşlidə bəzi sahələrdir: "Burada atmosfer çöküntülərinin rolu böyükdür. Amma elə sürüşmə əraziləri var ki, orada sürüşmə riskini insan amilləri sürətləndirir. Masazırda bu vəziyyətdir.  Bəzi ərazilər var ki, yağışların intensiv yağması həmin ərazilər üçün təhlükə yarada bilər".