Aqil M Quliyev həbsdən azad olundu?!
29 May 2013 14:25 (UTC+04:00)
Mövqe.az-ın məlumatına görə,
rejissor Aqil M.Quliyev məhkəmə zalında azad olunub.
Onun barəsindəki həbs qəti-imkan tədbiri isə cərimə ilə
əvəzlənib.
Xatırladaq ki, Aqil M.Quliyev onun qeyri-rəsmi nikahda olduğu
arvadının anası Marianna Turabovanın
iddiası əsasında Xətai Rayon Məhkəməsində keçirilmiş iclas zamanı
elə zaldaca həbs edilmişdi.
Rejissor 150 min manat məbləğində borcu qaytarmamaqda
suçlanmışdı.
Bakının Xətai Rayon Məhkəməsinin qərarı ilə Aqil M.Quliyev 1 il 6
ay müddətinə azadlıqdan məhrum edilmişdi.