Robert Pattinson və Keti Perri?!

29 May 2013 15:37 (UTC+04:00)

Hollivudda yayılan ayrılıq hadisəsindən dərhal sonra yeni dedi-qodu yayılmağa başlayıb. Movqe.Az-ın məlumatına görə,  "Twilight" (Alatoranlıq) filminin ulduzları Kristen Steuart və Robert Pattinsonun ayrılığından bir neçə gün keçdikdın sonra, məşhur aktyor müğənni Keti Perri ilə birlikdə görüntülənib. Perrinin dostunun toy hazırlıqlarında birlikdə görülən Robert və Perri, səmimi münasibətləri ilə diqqətləri çəkib. Perrinin mövzuyla əlaqədar yaxın dostlarına "Robertin Kristendan ayrılması bizi yaxınlaşdırdı" dediyi bildirilir.