Yeni imici ilə pərəstişkarlarını çaşdırdı

29 May 2013 16:03 (UTC+04:00)

Bir neçə anketdə "yaşayan ən yaraşıqlı kişi" seçilən aktyor Corc Kluni, yeni imiciylə pərəstişkarlarını çaşdırıb. Movqe.Az-ın məlumatına görə, gələn il nümayişi olacaq "The Monument Men" filmi üçün bığ saxlayan 52 yaşındakı aktyor, II Dünya müharibəsi illərində filmdə Hitler Almaniyasının əlindən qiymətli sənət əsərlərini qurtarmağa çalışan bir muzey müdirini canlandırır.