Çinli hakkerlər Patriot planlarını ələ keçirib

29 May 2013 16:00 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-a yönəlmiş kiber hücumları artıran Çinli kompüter piratları, bu dəfə ABŞ-ın ən qiymətli hərbi məlumatlarını ələ keçirib. Vaşinqton Post qəzetinin Pentaqon üçün hazırlanan hesabata əsaslandırdığı xəbərdə, Çinli kiber quldurların ABŞ-a aid 20-dən çox qabaqcıl silah sisteminin dizaynlarını oğurladığı bildirilib. Bunlar arasında Patriot mərmi müdafiə etmə sistemi, mərmi qalxanının da bir hissəsi olan ABŞ Donanmasına aid Aegis balistik mərmi müdafiə etmə sistemi, F/A-18 döyüş təyyarələri və Black Hawk vertolyotları da var. Xəbərdə sızıntının tarixi və ölçüsü, ABŞ hökuməti və razılaşmalı silah şirkətlərinin kompüter sistemlərini əhatə etmədiyi deyilib. Lakin Vaşinqton Postun xəbərinə görə bu vəziyyət ola biləcək bir qarşıdurmada Çinin ABŞ-ın rabitə və müdafiə sistemini çökdürməsinə yol aça bilər. Pekin, bu cür hərəkətlərlə əlaqəsi olduğunu qəbul etməyib. Həmçinin Çinli hakkerlərin Avstraliyada da yeni kəşfiyyat mərkəzi üçün aparılan planları oğurladığı iddia edilib. Daxili kəşfiyyat təşkilatı, binanın kompüter şəbəkəsinə Çindən qeyri-qanuni şəkildə girildiyini bildirib