Parlament seçkilərində hiyləgərlik

7 May 2012 12:28 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, dünən Ermənistanda keçirilən parlament seçkilərində 2.5 milyon seçici iştirak edib. Prezident  Serj Sarkisyanın dəstəklədiyi Republikaçılar Partiyasının seçkilərdə hiylə işlətdiyi haqda iddialar irəli sürülüb. 2008-ci ildə keçirilmiş seçkilərdə meydana gələn hiylə halları nəticəsində 13 nəfər dünyasını dəyişmişdi. Belə halların təkrarlanmaması üçün polis təhlükəsizlik tədbirlərini gücləndirib. Sarkisyan : " Seçkilər dürüst keçirilir, hər bir şey qanunlara uyğundur" .

Lakin müxalifət lideri Ermənistan Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan: " Hiyləyə hazır olun" xəbərdarlığını edib.


Əfqanə Məzahirqızı

Mövqe.az