Beyons konsertdə təcavüzə məruz qaldı

29 May 2013 18:56 (UTC+04:00)

"The Mrs. Carter Show" adı altında dünya turuna çıxan Beyonsun son dayanacağı Danimarkanın paytaxtı Kopenhagen olub. Movqe.Az-ın məlumatına görə, Beyonsun çıxışı zamanı dinləyicilərdən biri məşhur müğənninin arxasına vurub. Bu vəziyyətdən çox qəzəblənən Beyons, dinləyiciyə dönərək  "Çölə çıxa bilmək üçün sənə mühafizəkarlar yoldaşlıq edəcək!" deyib və çıxışına qaldığı yerdən davam edib.