30 yaşlı qadın qaynı tərəfindən öldürülüb

30 May 2013 11:07 (UTC+04:00)

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. 1983-cü il təvəllüdlü Əzəmət Nurəddin qızı Quliyeva qaynı, 1967-ci il təvəllüdlü Rəfail Balakərim oğlu Quliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

 

Hadisəni törədən R. Quliyev saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.