Buenos-Ayresdə Respublika Günü münasibətilə rəsmi ziyafət verilib

30 May 2013 13:10 (UTC+04:00)

28 may tarixində Azərbaycan Respublikasının Buenos-Ayresdəki Səfirliyi tərəfindən 28 May – Respublika Günü və Azərbaycanla Argentina arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə rəsmi ziyafət verilib.

 

Mövqe.az-ın Xarici İşlər Nazirliyindən aldığı məlumata görə, ziyafətdə Argentina hökumətinin və parlamentinin üzvləri, ölkənin tanınmış siyasətçiləri, alimləri, ziyalıları, iş adamları, KİV nümayəndələri, Buenos-Ayresdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

 

Ziyafətdə "İRS" jurnalının redaksiyası ilə La Plata Dövlət Universitetinin nəzdindəki "Azərbaycanşünaslıq kafedrası" tərəfindən birgə nəşr olunmuş ispandilli "İRS Herencia" jurnalının növbəti nömrəsinin təqdimatı keçirilib. 

 

Tədbirdə, habelə Azərbaycanın tarixini, mədəniyyətini, arxitekturasını və hazırkı inkişafını təcəssüm etdirən videoçarxlar da göstərilib.